Azərbaycan – Avstriya parlamentlərarası əlaqələr genişlənir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Avstriyaya rəsmi səfəri çərçivəsində iyunun 21-də Avstriya Respublikası Parlamenti Federal Şurasının Sədri Günter Kovaks ilə görüşüb. 

G.Kovaks Azərbaycanın Avropanın etibarlı enerji tərəf­daşı olduğunu, iki ölkənin parlamentlərarası əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. 

Azərbaycan parlamentinin rəhbəri S. Qafarova bu səfərin iki ölkə arasında münasibət­lərin inkişafına töhfə verəcə­yinə inamını ifadə edib. O, 30 il əvvəl ölkələrimiz arasında diplomatik münasibətlərin qu­rulduğunu diqqətə çatdırıb və ikitərəfli əlaqələrin dərinləş­məsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin və iki ölkə arasın­da imzalanan sənədlərin əhə­miyyətindən danışıb. 

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycan işğal qurbanı olmasına baxmaya­raq, regionda uzunmüddət­li sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və Ermənistana sülh sazişi imza­lamağı təklif edib. 

Federal Şuranın Sədri Günter Kovaks Azərbaycanın sülh təşəbbüslərini təqdir et­diklərini və dəstəklədiklərini bildirib. 

Görüşdə tərəfləri ma­raqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət