Əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər müzakirə edilib

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər müzakirə edilib. 

İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının çoxşaxəli olduğunu vurğulayıb, ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin və texnoloji yenilik­lərin tətbiqi baxımından əlaqələrin geniş­ləndirilməsinin əhəmiyyətindən söz açıb. 

Mikayıl Cabbarov ölkəmizin makroiq­tisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəlilə­yişlər, vergi siyasəti və inzibatçılığı sahə­sində reallaşdırılan islahatlar barədə mə­lumat verib.

Anna Bordon Azərbaycanda aparılan iqtisadi islahatların bir çox beynəlxalq ma­liyyə qurumları tərəfindən dəstəkləndiyini bildirib, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları vurğulayıb, tərəfdaşlığa dair fikirlərini bö­lüşüb.

Görüşdə tərəflər arasında əmək­daşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

İqtisadiyyat