Məhkəmə-Hüquq Şurasına yeni üzvlər seçilib

post-img

Dünən ölkə məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə konfrans ke­çirilib.

Ali Məhkəmə, Apellyasiya və birinci instansiya məhkəmələrinin nümayəndələ­ri ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürüb.

Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əs­gərov və Mülki kollegiyanın sədri Sənan Hacıyev, apellyasiya instansiya məh­kəmələri üzrə Naxçıvan Muxtar Respub­likası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apell­yasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin səd­ri İsmayıl Xəlilov, Lənkəran Rayon Məh­kəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçiliblər.

Həmçinin konfransda hüquq ictima­iyyətinin nümayəndəsi qismində Səfa Mirzəyev açıq səsvermə yolu ilə Məh­kəmə-Hüquq Şurasının üzvü seçilib. 

Bununla da hakimlərin konfransı işinə yekun vurub.

“Xalq qəzeti”



Son xəbərlər