Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ASELSAN və Müdafiə Sənayesi Prezidentliyi (SSB) arasında imzalanan 780 milyon avro dəyərində müqavilələr Türkiyə üçün hava müdafiə sistemlərinin satın alınmasını təmin edəcək. ASELSAN-dan verilən açıqlamaya görə, vəsait hava müdafiə sistemlərinin satın alınması üçün nəzərdə tutulub.
SSB-nin koordinasiyası altında hazırlanan və hava müdafiəsi ilə bağlı bütün elementləri əhatə edən “Polad Günbəz” Türkiyənin çoxqatlı hava müdafiə arxitekturasını təşkil edən yerli və milli “sistemlər sistemi” layihəsi kimi seçilir. Çoxqatlı Hava Müdafiə Sistemi “Polad Günbəz” hava məkanında bütün yüksəkliklərdə və məsafələrdə hər cür təhdidləri zərərsizləşdirə bilər.
Tamamlanaraq inventara əlavə edilən “Polad Günbəz” ən aşağı hündürlükdə sürü dronlarına və kamikadze PUA-larına qarşı səmərəli müdafiəyə yönəlmiş “Dronedef” elementlərini, eləcə də KORKUT və GÜRZ-ə bənzər sistemləri və hər hündürlükdə radarlar ehtiva edir. HISAR “Polad Günbəz”in orta təbəqəsində, SİPER isə yuxarı təbəqədə yerləşir.
Bir çox hava hücumundan müdafiə silah sistemi, radarlar, elektro-optik həllər, rabitə modulları, komanda və idarəetmə stansiyaları və süni intellektin yerləşdiyi “Polad Günbəz” Türkiyənin hava hücumundan müdafiə sahəsindəki beynidir. Bu sistem daxilindəki sistemlərin koordinasiyalı işini idarə edəcək üstün zəka həlli olan HAKİM ilə yanaşı, ASELSAN tərəfindən sensor sistemləri və rabitə həlləri də hazırlanır.
Hava hücumundan müdafiə qabiliyyəti, ASELSAN tərəfindən yarım əsrdən çox təcrübə ərzində qazanılmış texnoloji bilikləri birləşdirən bir səriştə kimi seçilir. Hər gün yeni imkanlar qazanan “Polad Günbəz” əlavə komponentlərlə daha da gücləndirilir.
M.MİRZƏ
XQ

