Topxanadan Arazdəyənə – Ermənistan, yoxsa regional ekogilyotin mənbəyi

post-img

Ekosid zaman-zaman erməni millətçiliyinin dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı, deportasiya, etnik təmizləmə siyasətinin mühüm tərkib hissəsi olaraq diqqət çəkib. Bunu söyləmək üçün ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycan ərazisində baş vermiş hadisələrə nəzər salmaq kifayətdir. O hadisələrə ki, yekun nəticə etibarilə torpaqlarımızın otuz ilə qədər davam etmiş işğalı kimi acı reallığı doğurdu. 

Qeyd etdiyimiz zaman kəsiyində erməni quldurları Qarabağda azərbay­canlıların rahat həyatına son qoymağa çalışdıqları kimi, xalqımızın təbii sər­vətlərini də talamağa başladılar. Viran qoyulmuş nümunələrimizdən biri də tə­biətin möcüzəsi sayılan Topxana meşə­si oldu. 1988-ci ilin noyabrında erməni təcavüzkarlarının meşəni məhv etməyə başladıqları xəbəri bütün Azərbaycan­da kəskin etirazlar yaratdı.

Qısa müddət ərzində Topxana, demək olar, dağıdıldı, bitki örtüyü, hey­vanat aləmi məhv edildi. Həmin dövrdə ermənilərin digər cinayətlərlə yanaşı, Azərbaycan ərazisində ekoloji soyqırı­ma start vermələri, Ermənistan SSR-in alüminium zavodlarından birinin filialı­nın Qarabağda tikilməsinə dair qərarla bağlı idi. Bu mənfur qərarın verilməsi gözü “Miatsum” xəstəliyinə tutulmuş erməni millətçiliyinin bölgədə nəinki bi­zim, eləcə də erməni əhalinin də yaşa­dığını heçə saydığının doğurduğu acı reallıq idi. 

Zaman dəyişib, ancaq erməni mil­lətçiliyi öz avantürizmindən geri çəkil­məyib. Hətta 44 günlük müharibənin rüsvayçı sonluğu da bu qövm qırığının vandal mahiyyətini tam sıradan çıxar­mamış kimi görünür. Bir müddət əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Qızılbulaq qızıl və Dəmirli mis yataq­ları müstəvisində ekoloji terror gerçək­ləşdirirdilər, indi eyni addımı Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə – Arazdəyən kəndində reallaş­dırmağa çalışırlar. Kənddə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşası planlaşdırılır. Bunun regionda yeni ekoloji fəlakətə yol aça­cağı isə şübhəsizdir. 

Ermənistan mediasının yazdığına görə, Arazdəyəndə metallurgiya zavo­dunun inşasına 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq. Obyektin hün­dürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olacaq. Zavodun zəhərli kimyəvi tullantılarının bölgədəki eko­sistemə böyük zərbə vurması ilə bəra­bər, həmin tullantıların Araz çayına axı­dılması riski də aktualdır. Məqsəd elə budur və heç şübhəsiz, belə bir təşəb­büs erməni millətçilərinin anti-Azərbay­can təmayülündən irəli gəlməkdədir. Başqa cür düşünmyə əsas yoxdur. 

Erməni avantürizmi Azərbaycan xalqının sağlamlığına ziyan vurmağı daim nəzərdən keçirdiyi kimi, öz “ma­raqları” naminə ermənilərin də rifahını qurban verəcək qədər zərərli mahiyyət daşıyıcısıdır və belə azğın mahiyyətin bir fraqmentinə Topxana meşəsinin ye­rində aliminium zavodunun inşası kon­tekstində aydınlıq gətirərkən nəzərə alaq ki, Ermənistandakı sabiq hakimiy­yət kimi, indiki hakimiyyət də keçmişin qeyri-humanist yanaşma daşıyıcıları­nın davamçısıdır. 

1988-ci ildən əvvəlki dövrə – 1979-cu ilə nəzər salsaq, “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyə­tini vurğulamaq olar. 2011-ci ildə Met­samor adını daşıyan şəhərdə əhalinin sayı 9 min 191 nəfər olduğu halda, 2016-cı ilin siyahıyaalmasına görə, bu rəqəm 8 mindən azdır. Mövcud fərqin nə dərəcədə böyük fəlakət olduğunu, əhali genofonduna necə böyük mənfi təsir göstərdiyinin əlavə təsvirinə ehti­yac yoxdur. Buna görə torpaqlarımızın işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələrdən, yük­sək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması kimi hallardan bəlkə də təəcüblən­məməliyik. Öz insanına qarşı, yumşaq desək, laqeydlik göstərən sürü təfək­kürlülərin başqa millətlərin nümayən­dələrinə cəngəllik qanunları ilə yanaş­ması labüddür. 

Düşünmək olardı ki, 2018-ci ilin “məxbəri inqilabı”ndan sonra demok­ratiya, insan hüquqları kimi ali dəyər­lər üzərində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan administrasiyası keçmişin mənfi tendensiyalarına qar­şı mübarizə aparacaq. Lakin görürük ki, hakimiyyətə gəldikdən bir il sonra “Qarabağ Ermənistandır nöqtə” de­yib heç bir beynəlxalq hüquqa məhəl qoymayan qərbpərəst erməni iqtidarı özündən əvvəlki xunta rejiminin ekoloji müstəvidəki anti-insani dəst-xəttinə də şərik çıxdı və çıxmaqdadır. Bu yara­maz yanaşma, ilk növbədə, “Transsər­həd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə po­zulmasıdır. Ermənistan həmin sənəd­dən irəli gələn öhdəliklərə riayət etmir. 

Əslində, ölkə hazırda Arazdəyən kəndində inşasını planlaşdırdığı metal­lurgiya zavodunun ətraf mühitə təsirini Azərbaycanla birlikdə qiymətləndirmə­li, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə müvafiq qurumlarlarımızla müştərək qaydada baxmalıdır. Əlbəttə, bölgəyə yaxın yaşayan azərbaycanlıla­rın rəyinin nəzərə alınması da şərtdir. Ermənistan buna riayət etməməklə, regionda ənənəvi olaraq apardığı destruktiv siyasətə “sadiqlik göstərir”, beynəlxalq sənədlərin müddəaları ilə yanaşı, özünün də beynəlxalq öhdəlik­lərini kobud şəkildə pozur. 

Hazırda Ermənistanın törətdiyi eko­loji cinayət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağ­lı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinə tam zidd təmayüldür. Nəzərə alaq ki, BMT ötən il təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, bu məsələyə də etinasız yanaşdığını göstərməkdədir.

Ümumən, qlobal dünya iqtisadi fəa­liyyətin insan hüquqlarına ziyan vurul­madan həyata keçirilməsini rəhbər tu­tur. Mövcud istiqamətdə də beynəlxalq aləmdə qəbul edilmiş çoxsaylı sənəd­lər, etik kodekslər və məcəllələr var ki, bütün bunlar ekoloji problemlərin qar­şısının alınmasını bəşəriyyətin ümdə vəzifəsi kimi müəyyənləşdirməkdədir. Ermənistanın belə mütərəqqi anlayış və çağırışlara da məhəl qoymaması, məsuliyyətsiz yanaşma tərzi ölkənin insani prinsiplərdən uzaqlığının göstə­ricisidir. Görünən budur ki, onun üçün iqtisadi maraq və mənfəətlər bütün mənəvi normalardan üstündür. Dünya bu azğınlığa təcili qiymət verməli, er­məni ekogilyotinini dayandırmalıdır. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət