Azərbaycan MDB çərçivəsində tərəfdaşlığa önəm verir

post-img

İyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib. 

Nazirlər Kabinetinin mətbuat xid­mətindən redaksiyamıza bildiriblər ki, iclasdan əvvəl Ə.Əsədov və digər nü­mayəndə heyətlərinin başçıları “Sirius” Elm və İncəsənət Parkında “Avrasi­ya bizim evimizdir” adlı sərgi ilə tanış olublar. 

Ə.Əsədov Şuranın məhdud tər­kibli iclasında çıxış edərək bildirib ki, Azərbaycan Respublikası MDB çərçi­vəsində hökumətlər səviyyəsində qar­şılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir. Birliyə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və meh­riban qonşuluğun möhkəmləndirilmə­sində humanitar sahənin başlıca rolu vurğulanıb. 

Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Baş nazir Azərbaycanın birinci Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çər­çivəsində klub və milli yarışların, For­mula 1 Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb. 

Qeyd olunub ki, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin demək olar ki, hamısı ilə ikitərəfli əsasda sıx iqtisa­di-ticari əlaqələr saxlayır və bu əlaqələr getdikcə genişlənir.

Cənubi Qafqazda nəqliyyat və iq­tisadi əlaqələrin açılmasının mühüm­lüyü qeyd edilib. MDB dövlətlərinin alternativ enerji mənbələrinin inkişafın­da əməkdaşlığa artan marağı nəzərə alınmaqla, Hökumət Başçıları Şurası­nın diqqəti Azərbaycanda bu sahədə görülmüş işlərə yönəldilib. 

İclas iştirakçıları regionda mü­naqişədən sonrakı vəziyyət barədə də məlumatlandırılıb. Qeyd olunub ki, sülh gündəliyinə sadiq qalan Azərbay­can regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri da­vam etdirmək əzmindədir. 

Vurğulanıb ki, Azərbaycan Hö­kuməti işğaldan azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində geniş­miqyaslı işlər həyata keçirir. Nümayən­də heyətləri rəhbərlərinin çıxışlarından sonra MDB Hökumət Başçıları Şurası işini geniş tərkibdə davam etdirib. 

İclasın yekunlarına əsasən, birlik çərçivəsində əməkdaşlığın gələcək­də genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.

Siyasət