Naxçıvan: aqrar sektor elmi əsaslar üzərində

post-img

65 min hektar münbit torpaqda məhsuldarlıq yüksəlir

Azərbaycan Respublikasının Naxçıvan iqtisadi rayonunda aqrar sektorun dinamik inkişafı bölgədə qida təhlükəsizliyi, əhalinin etibarlı ərzaq təminatı və sosial dayanıqlığın başlıca meyarıdır. Bölgədə kənd təsərrüfatının elmi əsaslar üzərində genişləndirilməsi, müvafiq sahələrdə yeni texnikaların və innovativ üsulların tətbiqi ümumilikdə məhsuldarlığın dinamik artımının əsasını təşkil edir. 

Xüsusilə, muxtar respublikada aqrar sahə üzrə qəbul edilən müvafiq dövlət proqramlarının icrası kənd təsərrüfatında fəaliyyət sahələrinin şaxələndirilməsinə, nəticədə yüksək məhsul bolluğuna zəmin yaradır. Son dövrlər bölgənin aqrar sektorunda aparılan islahatlar, innovativ tədbirlərin həyata keçirilməsi bitkiçiliyin, heyvandarlığın, istehsal və emal sənayesinin inkişaf etdirilməsi üçün geniş imkanlar açır. 

Naxçıvan MR iqtisadi rayonunun inkişafında uğurla yerinə yetirilən sosi­al-iqtisadi dövlət proqramları Azərbay­can Respublikasında həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strate­giyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın reallaşmasında Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarix­li sərəncami ilə təsdiq olunan növbəti “Naxçıvan Muxtar Respublikasının so­sial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” mühüm önəm daşıyan bir sənətdir. 

Hazırkı dövr aqrar sahədə əkinçiliyin və heyvandarlığın ayrı-ayrı sahələrinə müasir elmi yanaşma tələb edir. Naxçı­van MR iqtisadi bölgəsində əkinçiliyin, meyvəçiliyin, tərəvəzçiliyin və üzümçü­lüyün qədim ənənələri var. Bu gün qar­şıda duran əsas vəzifə həmin ənənələrə əsaslanaraq yerli əhalinin ərzaq təmi­natının yaxşılaşdırılması üçün mövcud sahələri daha da inkişaf etdirməkdir. 

Sözügedən sahələrin innovativ əsas­larla genişləndirilməsi, genofondun tədqiqi və zənginləşdirilməsi, tətbiqyönümlü sortların seçilərək əkin dövriyyəsinə daxil edilməsi, aqrotexniki qulluq işlərinin mo­dernləşdirilməsi nəticəsində sahələrdən yüksək maddi gəlirin əldə olunması, mü­vafiq yüksək ixtisaslı mütəxəssislərin ha­zırlanması və onların sıx iştirakı ilə elmi əsasların yaradılması zərurətini ortaya qoymuşdur. Azərbaycan Respublikasının ayrı-ayrı iqtisadi bölgələrində aqrar sek­torun dinamik inkişafı ilə bağlı həyata ke­çirilən dövlət tədbirləri məhsul istehsalı­nın artırılması, əhalinin ərzaq təminatının yüksəlməsi ilə müşayiət olunur. Naxçıvan iqtisadi rayonunda da aqrar sektorun da­vamlı inkişafı, modern reformaların həya­ta keçirilməsi, əl əməyinin azaldılması, innovativ istehsal sahələrinin yaradılma­sı və digər sistemli hədəflərin reallaşması dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. 

Hazırda bölgədə 65 min hektardan çox münbit torpaq sahəsində əkin aparı­lır. İstifadə olunmayan yararsız torpaq­lar əkin dövriyyəsinə daxil edilir. Bölgə­də münbit torpaqlardan səmərəli istifadə olunmalıdır. Əkinəyararlı münbit torpaq sahələrində yeni sənaye sahələrinin, zavod və fabriklərin salınması qətiyyən yolverilməzdir. Belə istehsal və emal müəssisələrinin ancaq əkinə yararsız, şorakən torpaq sahələrində salınması daha məqsədəuyğundar. 

Bölgədə meliorasiya və irriqasiya sistemləri yenidən qurulur. Şoranlaşma­ya qarşı tədbirlər həyata keçirilir. Torpaq sahiblərinə sahələrin fiziki-kimyəvi tərki­binə uyğun müvafiq əkin aparılması töv­siyələri verilir. Müasir kənd təsərrüfatı maşınlarının alınaraq muxtar respubli­kaya gətirilməsi nəticəsində sahibkarla­ra lizinq yolu ilə texniki xidmət sahələri genişləndirilir, yeni təsərrüfat sahələri yaradılır. 

Artıq düzən dağlıqətəyi və dağlıq ərazilərdə meyvə, giləmeyvə bağları­nın sahəsi genişləndirilir. Heyvandarlıq təsərrüfatının sayı isə 40-dan çoxdur. İldən-ilə süni mayalanma yolu ilə hey­vandarlığın cins tərkibinin yaxşılaşdırıl­ması həyata keçirilir, arıçılıq çoxaldılır, məhsul istehsalı yüksəlir. Strateji əhə­miyyətli toxumçuluğa diqqət artırılır, fər­di təsərrüfatların genişləndirilməsi üçün hərtərəfli şərait yaradılır. 

Hazırda muxtar respublikada aqrar sektorun dinamik inkişafının genişlən­dirilməsi üçün icrası vacib olan bir sıra problemlər öz həllini gözləyir. Belə ki, aqrar elmin qarşısında duran vəzifələrin səmərəli icrası yüksək ixtisaslı, müasir biliklərə və dünyagörüşünə malik aqro­nom və digər kadr potensialının yaradıl­masından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də yeni mütəxəssis-aqronom kadrların hazırlanması üçün Naxçıvan Dövlət Universitetində ekologiya və kənd təsərrüfatı kafedrasının yenidən bərpa edilməsi, aqraryönümlü baka­lavr və magistr təhsilinin bərpa edilməsi daha məqsədəuyğundur. Eyni zaman­da, muxtar respublika ərazisində yayılan və becərilən kənd təsərrüfatı bitkilərinin genofondunun toplanılması, qorunma­sı, öyrənilməsi, zənginləşdirilməsi, tət­biqyönümlü sortların müəyyənləşdiril­məsi və istehsalata yönəldilməsi daha səmərəli olar. 

Muxtar respublikada becərilən bit­kilər üzrə seleksiya işlərinin məqsədyön­lü elmi şəkildə yenidən təşkil olunması və müasir üsullarla tətbiqyönümlü və iqtisadi əhəmiyyətli yeni sortların yara­dilmasi işlərinin genişləndirilməsi, həm­çinin koordinasiyalaşdırılması üçün müvafiq Seleksiya proqramının hazır­lanması artıq dövrün tələbidir. 

İndiki vaxtda bölgədə aqrar islahat­ların diqqət mərkəzində saxlanılması, xüsusi təsərrüfat formaları və sahib­karlığın inkisaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin təşkilinin sürət­ləndirilməsi, güzəştli kreditləşdirmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı istehsalçılarına subsidiyala­rın verilməsinə nəzarətin artırılması və onların texnika, gübrə, habelə kimyəvi dərmanlama vasitələri ilə təminatında dövlət nəzarətinin artırılmasına ciddi eh­tiyac duyulur. 

Bölgədə əsas problemlərdən olan kənd təsərrüfatında becərilən bitkilərin virus, bakterial, göbələk mənşəli xəstə­liklərinin və zərərvericilərinin müəy­yənləşdirilməsi, onlara qarşı kimyəvi, bioloji mübarizə tədbirlərinin müasir üsullarla həyata keçirilməsi, təkmilləşdi­rilmiş aqrotexniki üsullarla ekoloji cəhət­dən təmiz kənd təsərrüfati bitkilərinin yüksək məhsuldarlığına nail olunması, suvarmadan maksimum qənaətlə isti­fadə edilməsi, əkin sahələrində damçı üsulu ilə suvarmanın tətbiqi və genişlən­dirilməsinə böyük ehtiyac duyulur. 

Varis QULİYEV,
Naxçıvan Bioresurslar İnstitutunun dosenti, aqrar elmləri doktoru

İqtisadiyyat