Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

post-img

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 22 avqust tarixində 35/6 kV-luq 89 saylı yarımstansiyada yeni transformator şəbəkəyə qoşulacaq. 94 saylı yarımstansiyada isə yeni güc mənbəyi quraşdırılacaq.

XQ xəbər verir ki, bununla bağlı saat 11:00-dan 13:00-dək Binəqədi Şossesi, "Zəngəzur" obyektinin ətrafında olan yaşayış massivlərində, saat 11:00-dan 14:00-dək Vulkan dağı ətrafında yerləşən yeni yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

İqtisadiyyat