Quba rayonunun Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib.
Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.