Kart ödənişləri 2 dəfə artıb

post-img

Bu il avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 15 milyonu ötüb. Bu barə­də Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qur­banova Bakıda keçirilən Azərbaycan–Türkiyə Fintex Forumunda məlumat verib. 

O bildirib ki, hesabt dövründə ölkə daxilin­də bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb. Departament direktoru­nun sözlərinə görə, ölkə daxilində kart ödənişlə­rində nağdsız dövriyyənin xüsusi çəkisi əvvəlki ilin eyni döv­rünə nisbətən 12,3 faiz bəndi artaraq 53 faizə bərabər olub.

“Daha bir maraqlı göstərici isə bu gün POS-terminallarda aparılan hər 4 əməliyyatdan birinin “token” əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır. Bu isə Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir”– deyə o əlavə edib.

XQ

İqtisadiyyat