Türk Dövlətlərinin kənddə “sığorta hovuzu”

post-img

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətləri kənd təsərrüfatı sahəsində “sığorta hovuzu” yaradılacaq.

Türkiyə mediasının yaydığı məlu­mata görə, Türk Dövlətləri Təşkilatı­na (TDT) üzv dövlətləri kənd təsər­rüfatı sahəsində “sığorta hovuzu” yaradılacaq. Bu məlumatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkila­tının (FAO) dəstəyi ilə Özbəkistanda keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlaması zamanı bildirib.

Nazir, həmçinin qeyd edib ki, kənd təsərrüfatı sığortası ilə bağlı Azərbaycanla olduğu kimi, Özbəkis­tanla da müəyyən model üzərində aparılan iş yekunlaşdıqdan sonra TDT-ə üzv dövlətlərin kənd təsərrü­fatı sahəsində “sığorta hovuzu” ya­radılacaq. Bunun isə birliyin bütün ölkələrinə faydası olacaq.

XQ

Son xəbərlər