Məhsul qəbzi – kredit zəmanəti

post-img

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) respublikamızla birgə kənd təsərrüfatı sektorunda innovativ maliyyələşdirmə vasitələrinin tətbiqi üzərində çalışır.

IFC-nin Cənubi Qafqaz üzrə regi­onal meneceri İvana Fernandes Du­arte ölkə mediasına müsahibəsində bu barədə məlumat verib. O, Azər­baycanda aqrar sektorun qeyri-neft sektorunun inkişafına təşviq və ölkədə kənd təsərrüfatı sahələrində iş yerlə­rinə dəstək üçün yüksək potensiala malik olduğunu bildirib, həmçinin IFC-in hökumətlə birgə kənd təsərrüfatını möhkəmləndirə və kiçik fermerləri qlo­bal dəyər zəncirinə daxil edə biləcək innovativ maliyyələşdirmə vasitələrinin tətbiqinə üstünlük verildiyini diqqətə çatdırıb. 

Duarte qeyd edib ki, çox vaxt kiçik fermerlər bankların tələb etdiyi daşın­maz əmlak girovuna sahib olmadıqla­rından kredit almaqda çətinlik çəkirlər. “Bu halda məhsul qəbzləri səmərəli həll yolu ola bilər. Bu sahədə fermerlər gələcək məhsuldan girov qismində is­tifadə edə bilərlər. Aqrar qəbzlər rahat və etibarlı vasitə kimi fermerlərə yük­sək keyfiyyətli toxum və gübrə, eləcə də digər resurslar əldə etmək üçün dövriyyə kapitalı əldə etməyə kömək edir. Həmçinin qısamüddətli kredit və ya zəmanət formasında maliyyə vəsaiti təmin etmək üçün anbar qəbzlərindən (mövsümsonrası maliyyələşdirmə) isti­fadə olunur”, – IFC-nin regional mene­ceri bildirib. 

Duarte xatırladıb ki, IFC İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə həyata keçirilən kənd təsərrüfatının maliyyələşdirilməsi la­yihəsi çərçivəsində yerli maliyyə müəs­sisələrini dəyər zəncirinin maliyyələşdi­rilməsi məhsullarının buraxılmasında dəstəkləməklə həm də dəyər zəncirlə­rini (çiyələk və fındıq) seçməyə və ixrac bazarlarında rəqabət qabiliyyətini artır­mağa kömək edib.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-yə üzv olub. IFC bank işi, korporativ idarəetmə, lizinq, kiçik və orta sahibkarlığın inkişafı, mənzil ma­liyyələşdirilməsi, dəyərli kağızlar ba­zarının inkişafı, investisiyaların təşviqi və işgüzar mühit sahəsində konsultativ layihələr həyata keçirib.

XQ

Son xəbərlər