Qədim diyarda daşınmaz əmlak pasportlaşdırılır

post-img

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti avqust ayı ərzində də diqqətdə saxlanılıb, fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər uğurla davam etdirilib.

Dövlət Xidmətinin yaydığı məlumata görə, avqust ayı ərzində 1129 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 854 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticə­sində yeni yaranan 138 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin 206 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 263 ara­yış verilib.

Hesabat dövründə hüquqi və fiziki şəxslər tərəfindən elektron xidmətlərə daxil olan 110 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəl­dilib. “ASAN xidmət” Mərkəzində müəy­yənləşdirilən xidmət növləri üzrə 1 046 müraciətə baxılıb.

Avqust ayı ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mül­kiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 620 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. Həmçinin muxtar respubli­kanın bir sıra yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlər göstərilib.

XQ

Son xəbərlər