Zəngilanda Ekoloji İşçi Qrupun iclası

post-img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib. 

İclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurum­larının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbay­can Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qa­rabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istis­na olmaqla) Azərbaycan Res­publikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qara­bağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayo­nunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əmək­daşları iştirak edib.

İşçi Qrupunun rəhbəri, eko­logiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata ke­çirilən ekoloji tədbirlər, o cümlə­dən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəa­liyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq əra­zisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə məlumat verib.

Şərqi Zəngəzur iqtisadi ra­yonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonla­rında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayən­dəsi Vahid Hacıyev öz təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm də iqtisadi cəhətdən, o cümlədən, mədən sənayesi, kənd təsərrüfatı, logistika, alter­nativ enerji, turizm sahələrinin inkişafı üçün geniş imkanlara malik bir ərazi olduğunu qeyd edib. Həmçinin həyata keçirilən infrastruktur layihələrinin, yeni­dən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsası­nı “rahat yaşayış”, ”yaşıl və tə­miz”, “mütərəqqi innovasiyalar” kimi yanaşmaların təşkil etdiyi və ekoloji məsələlərə xüsusi diqqət yetirildiyi qeyd olundu. 

İclasda Azərbaycan Res­publikasının işğaldan azad edilmiş ərazilərində, o cümlə­dən Oxçuçay üzərində (Sayıflı, Sarıqışlaq, Zəngilan və Cahan­girbəyli) Kiçik Su Elektrik Stan­siyalarının tikintisi ilə bağlı eko­loji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub.

Zəngilan, Qubadlı və Cəb­rayıl rayonlarının ərazisində ya­yılmış faydalı qazıntı yataqları barədə, eləcə də işğaldan azad edilmiş ərazilərin yenidənqur­ma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilmə­si üçün bu ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə qaydala­rı barədə iştirakçılara məlumat verilib.

“Xalq qəzeti”

İqtisadiyyat