Dünya liderlərin Vaşinqton görüşünü alqışlayır

post-img

Avqustun 8-də ABŞ Prezidentinin Ağ Evdə Azərbaycan və Er­mənistan liderlərini bir araya gətirməsi, illərdir davam edən mü­naqişənin aradan qaldırılması istiqamətində atılan ən cəsarətli və həlledici addım kimi qiymətləndirilir. Beynəlxalq ictimaiyyət tərə­findən yüksək qiymətləndirilən bu görüş, sülh, sabitlik və əməkdaş­lıq üçün yeni bir ümid işığı yandırır. Bu tarixi hadisə təkcə regionun deyil, həm də Avrasiyanın geosiyasi mənzərəsini kökündən dəyiş­dirmə potensialına malikdir. 

Türkiyə 

Türkiyə ABŞ-da Azərbaycan və Er­mənistan arasında sülh prosesində əldə olunan irəliləyişi xüsusi hadisə kimi qiymətləndirir. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bə­yanatda Vaşinqton görüşünün regionda davamlı sülh və sabitlik üçün vacib əhə­miyyət kəsb etdiyi qeyd olunur:

"Biz Azərbaycan və Ermənistan ara­sında davamlı sülhün bərqərar olması is­tiqamətində əldə olunan irəliləyişdən və bununla bağlı bu gün (8 avqust) Vaşinqton­da qəbul edilmiş öhdəlikdən məmnunuq. Beynəlxalq qarşıdurmaların və böhranla­rın getdikcə şiddətləndiyi bir vaxtda atılan bu addım regional sülh və sabitliyin əldə olunması üçün mühüm inkişafdır. Biz ABŞ Administrasiyasının bu prosesə töhfələrini yüksək qiymətləndiririk. Biz Türkiyə ola­raq bu fürsəti reallaşdırmaq üçün göstərilən səylərə öz töhfəmizi verməyə davam edə­cəyik və Azərbaycanın fədakar səylərini dəstəkləyəcəyik".

Pakistan 

“Pakistan Ağ Evdə ABŞ Prezidenti Donald Trampın himayəsi altında keçi­rilən sammitdə Azərbaycan Respublika­sı və Ermənistan Respublikası arasında imzalanmış tarixi sülh sazişini alqışla­yır”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

O vurğulayıb ki, bu mühüm hadisə onilliklər boyu münaqişə və insan əzabları yaşamış Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlığın yeni dövrünün başlanğıcını qeyd edir.

“Biz Prezident İlham Əliyevi və Azər­baycan xalqını regionları üçün sülh dolu gələcək yolunu müəyyən edən müdriklik və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan həmişə qardaş Azərbaycan millətinin yanında olub və biz onların tarixinin bu qürurlu anında da onlarla birgəyik.

Biz, həmçinin iki tərəfi bir araya gə­tirən və ticarət, əlaqə və regional inteqra­siya üçün yeni imkanlar açan sazişin əldə olunmasında Prezident Donald Trump rəhbərliyi altında Amerika Birləşmiş Ştat­larının vasitəçilik rolunu qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzunmüd­dətli münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - baş nazir yazıb.

Avropa İttifaqı

Avropa İttifaq (Aİ) Azərbaycanla Er­mənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sa­zişin paraflanmasını alqışlayır. Bu barə­də Avropa İttifaqı Şurasının sədri An­tonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə bəyanatında deyilir.

Vurğulanır ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iş­tirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Qeyd olunur ki, hər iki ölkə və bütün re­gion üçün möhkəm, davamlı sülhə zəmin yaradır.

Fransa

Fransa Xarici İşlər Nazirliyi (XİN) avqustun 8-də Vaşinqtonda ABŞ Pre­zidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iki ölkənin münasibətlərinin normallaşdırılmasına dair razılaşma əldə olunmasına dair bəyanat yayıb. Kommünikedə Fransa bu addımı yüksək qiymətləndirib.

Bəyanatda ABŞ-a bu prosesdə oynadığı rola və əldə olunan nəticələrə görə təşək­kür edilib. Bəyanatda qeyd olunur ki, sülh müqaviləsinin tezliklə imzalanması və ra­tifikasiyası bölgədə sabitliyin təmin olun­masında həlledici rol oynayacaq. Fransa tərəfi, həmçinin, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflə­rin birgə çağırışını dəstəklədiyini bildirib.

İtaliya

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycan Prezi­denti İlham Əliyev, ABŞ Prezidenti Do­nald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşə dair imzaladığı Birgə Bəyan­naməni alqışlayır. Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“ABŞ-ın vasitəçiliyi sayəsində Azər­baycan ilə Ermənistan arasında tarixi ra­zılaşmanı suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addım kimi alqışlayırıq. Bu, regionda sülh, sabit­lik və inkişaf üçün fürsətdir”, - deyə payla­şımda qeyd olunur.

Gürcüstan 

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Res­publikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası mü­nasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, bu tarixi saziş Cənubi Qafqaz regionunda davamlı sülhün bərqə­rar olması istiqamətində mühüm addımdır və regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır.

Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə, regionunun sabit­liyinə və rifahına yönələcək əməkdaşlığın gücləndirilməsini qətiyyətlə dəstəkləyir.

Qazaxıstan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşma mühüm tarixi nailiy­yətdir. Bu fikri Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay jurna­listlərə müsahibəsində deyib.

Qazaxıstanın dövlət başçısı qeyd edib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əli­yev və Ermənistanın Baş naziri Nikol Pa­şinyan arasında keçirilən mühüm görüş iki dövlət arasında uzunmüddətli hərbi mü­naqişəyə son qoyub, diplomatik münasibət­lərin qurulmasına və davamlı sülhə əsasla­nan əməkdaşlığın inkişafına yol açıb.

NATO

NATO Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayır.

Bu barədə NATO mətbuat katibi Alli­son Hart sosial şəbəkə hesabında bəyanat verib.

“Biz Ermənistan və Azərbaycan ara­sında sülhə doğru irəliləyişdən məmnunuq. Prezident Trampa sülh üçün çalışdığına görə təşəkkür edirik. Bu regional təhlükə­sizlik və normallaşma prosesi üçün mühüm bir addımdır. NATO tərəfdaşları olan Azər­baycan və Ermənistanla işləməyə davam edəcək”- bəyanatda qeyd edilib.

Çexiya 

Çexiya Xarici İşlər Nazirliyi Azər­baycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını dəstəklə­yib. Bu barədə qurumun “X” səhifəsində yazılıb.

“Biz hər iki tərəfin sülhə nail olmaq səylərini, eləcə də ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndiririk. Ümid edirik ki, bu addım Cənubi Qafqaz­da gələcək əməkdaşlığa və firavanlığa yol açacaq”, - paylaşımda deyilir.

Qeyd edək ki, Azərbaycan və Er­mənistan XİN rəhbərləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası mü­nasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

İspaniya

İspaniya Azərbaycan və Ermənistan arasında imzalanmış sazişlərin hər iki ölkənin və bütövlükdə regionun rifahı naminə əməkdaşlığın, qarşılıqlı anlaş­manın və inkişafın yeni mərhələsini aça­cağına ümid edir. Bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyana­tında deyilir.

“İspaniya Prezident Əliyev və Baş na­zir Paşinyan arasında ABŞ-ın iştirakı ilə Ağ Evdə əldə olunmuş razılaşmaları alqışlayır və hesab edir ki, bu, onilliklər ərzində da­vam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında yekun sülh əldə edilməsi və münasibətlərin tam normal­laşması istiqamətində həlledici addım ola­caq”, – bəyanatda qeyd olunub.

Vurğulanır ki, İspaniya Cənubi Qafqaz­da sülh və sabitliyin olmasına sadiqdir.

XQ

Son xəbərlər