Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Türkiyəli nazir Azərbaycan–Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəmizi səmimi-qəlbdən təbrik edib.
Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.