“Elektron məhkəmə” sistemi həyatımıza daxil olur

post-img

Dünən Şəmkir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekun mərasimi keçirilib.

Ədliyyə naziri Fikrət Məmmə­dov bildirib ki, tədbirin 100 illiyini qeyd etdiyimiz ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə qayı­dışının və Milli Qurtuluş Gününün 30-cu ildönümünə təsadüf etməsi onu ikiqat əlamətdar edir. 

Nazir ulu öndərin yolu ilə gedən müasir Azərbaycan döv­lətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisi­ni, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, Dünya Bankının Doing Business he­sabatlarında yüksək reytinqlərə nail olduğunu qeyd edib, müasir çağırışlara uyğun aparılan məh­kəmə-hüquq islahatlarından, bu sahədə Dünya Bankı ilə səmərəli əməkdaşlıqdan danışıb.

Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların mütərəqqiliyi nüfuzlu beynəlxalq qurumların, o cümlədən, Dün­ya Bankının diqqətini cəlb edib. Bununla əlaqədar Dünya Bankı dəstək göstərmək təşəbbüsü irə­li sürərək, 2006-cı ildən ədliyyə sahəsində birgə uğurlu layihələr həyata keçirilib və mühüm nailiy­yətlər əldə olunub. 

Bu gün tətbiq olunan “Elek-tron məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edilməsin­dən qərarın icrasına qədər bütün proses əhatə olunur. İddianın verilməsi, onun qeydiyyatı, rü­sumların ödənilməsi, işlərin ha­kimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlu­matların və məhkəmə sənədləri­nin əldə edilməsi, habelə şikayət­lərin verilməsi və s. məsələlər elektron sistem vasitəsilə həyata keçirilir. 

Şəffaflığın təmini məqsədilə proseslərin audio-video yazısının aparılması, onların videokonfrans vasitəsilə keçirilməsi imkanının yaradılması, bəzi kateqoriya iş­lərin, o cümlədən artıq 4 ildir ki, kommersiya işlərinin yalnız elekt­ron qaydada aparılması təmin edilib. E-məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin ar­tırılması məqsədilə müxtəlif məh­kəmə monitorinqlərinin keçiril­məsinə, məhkəmə statistikasının elektron qaydada və dolğun apa­rılmasına şərait yaradıb. Həmçi­nin vətəndaş məmnunluğunun və sistemin imkanlarından geniş isti­fadənin təmin edilməsi məqsədilə onun mobil versiyası yaradılıb. 

Nazir hazıradək Bakı, Sumqayıt, Şəki və Naxçıvan Muxtar Respublikası apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid məhkəmələrdə e-məhkəmə­nin tətbiqini qeyd edərək, bu gündən digər – Gəncə və Şir­van apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan bü­tün məhkəmələrin qoşulması ilə “Elektron məhkəmə” informasiya sisteminin ölkəni tam əhatə edil­diyini vurğulayıb, bu münasibət­lə iştirakçıları, hakim korpusunu təbrik edib.

Dünya Bankının departament müdiri D.Boyce çıxış edərək “Elektron məhkəmə” sisteminin ölkə üzrə tam tətbiqi münasibə­tilə Azərbaycanı təbrik edərək mürəkkəb bir prosesin uğurla həyata keçirilməsini böyük və tarixi nailiyyət kimi dəyərləndirib. Bildirib ki, bəzi dövlətlərdə ədliy­yə sisteminin müasirləşdirilməsi prioritet olmadığı halda, Azərbay­canda bu sahədə çox böyük işlər görülüb.

“Xalq qəzeti”

Son xəbərlər