İranda Azərbaycan vətəndaşına cinayət işi açılıb

post-img

İranda həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarə­sinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə qeyd edib ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xa­rici İşlər Nazirliyinə daxil olan gündən, yəni, martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota ünvanlanıb. Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamı­za cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıl­dığını bildirib. Bu barədə Fərid Səfərli­nin ailəsinə müvafiq məlumat verilib.

XİN sözçüsü vurğulayıb ki, məlum terror hadisəsi ilə bağlı Azərbayca­nın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gün­dən etibarən həm Xarici İşlər Nazirliyi, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütə­madi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür.

“Xalq qəzeti”

Siyasət