Samuxun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL-ın vitse-prezidenti İlham Əmirov, Hökümə Əliyevanın həmkarları iştirak ediblər.
Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
Mərasim iştirakçıları ailəsinin təşəbbüsü ilə Alıuşağı kəndində Milli Qəhrəmanın xatirəsinə yaradılan, onun fotolarının, şəxsi əşyalarının sərgiləndiyi guşəyə də baxış keçiriblər.
XQ