İspaniyanın “Real” (Madrid) klubundan istefaya göndərilən Xabi Alonso azarkeşlərə müraciət edib. Mütəxəssis sosial şəbəkə hesabında bu komandaya rəhbərlik etməyin şərəf və böyük məsuliyyət olduğunu bildirib.
O, bu peşəkar mərhələnin başa çatdığını qeyd edib:
“Bu peşəkar mərhələ başa çatdı və hər şey istədiyimiz kimi alınmadı. “Real”ı çalışdırmaq şərəf və böyük məsuliyyət idi. Kluba, oyunçulara və hər şeydən əvvəl azarkeşlərə – bütün madridistlərə – inam və dəstəyə görə təşəkkür edirəm. Hörmət, minnətdarlıq və əlimdən gələni etdiyim üçün qürur hissi ilə gedirəm”.
Qeyd edək ki, yanvarın 12-də istefaya göndərilən Xabi Alonsonu “kral klubu”nda Alvaro Arbeloa əvəzləyib.
Qabil YUSİFOĞLU
XQ

