Tovuz stadionuna yaşıl örtük salınır

post-img

Tovuz şəhər stadionunda ot örtüyünün bərpa prosesini sürətləndirmək üçün süni günəş işığından da istifadə edilir.

Bu barədə “Turan Tovuz” klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. O, meydanın bərpası üçün görülən işlər toxunaraq bildirib ki, ot örtüyünün mövsümün ikinci yarısına kimi tam hazır olması üçün bütün prosedurlar həyata keçirilir. Müəyyən avadanlıqlar gətirilib. Qazonun bərpa prosesini sürətləndirmək üçün süni günəş işığından da istifadə edilir. Amma hər şeyin ideal olması üçün hava şəraitinin də normal olması vacibdir. Son dövrlərdə bölgədə şaxtalı və yağıntılı havalar müşahidə edilir.

Qabil YUSİFOĞLU
XQ

İdman