Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “LANDAU School” tərəfindən təşkil olunan 5-ci LANDAU Şahmat Festivalı başa çatıb.
Festival 8, 10 və 12 yaşadək oğlan və qız şahmatçılar arasında fərdi yarış formatında keçirilib. Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 225 gənc şahmatçı iştirak edib.
Yarışın ümumi qalibi Yusif Əhədzadə olub. O, 11–18 oktyabr tarixlərində Gəncədə təşkil olunacaq “Ganja Open 2026” Şahmat Festivalında iştirak etmək hüququ əldə edib. Qalibin səfər və iştirakla bağlı bütün xərcləri “LANDAU School” tərəfindən qarşılanacaq. Bundan əlavə, Yusif Əhədzadə kubok və diplomla mükafatlandırılıb.
Yaş qrupları üzrə birinci yerləri tutan şahmatçılar aşağıdakılardır:
8 yaşadək qızlar
Nərmin Mahmudova
8 yaşadək oğlanlar
Məhəmməd Mirzəyev
10 yaşadək qızlar
Əsəl Tağızadə
10 yaşadək oğlanlar
Renat Məmmədrzayev
12 yaşadək qızlar
Xanımzər Hümbətli
12 yaşadək oğlanlar
Yusif Əhədzadə
Festivalın yekununda qaliblər mükafatlandırılıb, bütün iştirakçılara isə xatirə sertifikatları təqdim edilib.
Turnir gənc şahmatçılar üçün həm rəqabət, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma olub.




