Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ölkəmizdə Dövlət qulluğunun tarixi ilk dövlətlərin yarandığı dövrdən başlayır. Millətimizin zaman-zaman bu torpaqlarda yaratdığı hər bir dövlətin özünəməxsus dövlət idarəçilik sistemi qurulmuş və dövlət qulluğunda çalışan kadr potensialı formalaşmışdır. Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Odsur ki, hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur.
Bu peşə bayramı ölkə rəhbərliyinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların çətin və şərəfli əməyinə verilən qiymətin əyani təzahürüdür.
Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını iyirmi ildir ki, qeyd edirlər.
XQ-yə əlamətdar gün münasibətilə Milli Məclisin deputatı Vüqar Bayramov blldirdi ki, Azərbaycanda dövlət qulluqçularının sosial təminatı, ölkədə həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Nəzərə alsaq ki, cənab Prezident tərəfindən imzalanmış sənədlərə əsasən, bu il biz dövlət qulluqçularının əməkhaqlarında artımları müşahidə etdik. Onların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı yeni addımlar həyata keçirildi.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəlikdə fəaliyyət göstərən, işləyən vətəndaşlarımızın dövlət qulluqçusu statusu ilə bağlı da qanunvericilikdə dəyişikliklər edildi. Bu da təbii ki, daha çox vətəndaşımızın dövlət qulluqçusu statusu çərçivəsində təsdiqlənməsinə imkan yaradıb.
Dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi və bütövlükdə idarəetmə aparatında şəffaflığın və səmərəliliyin daha da artırılması prioritet olaraq qalmaqdadır. Və bu istiqamətdə, xüsusən də son illər kifayət qədər fundamental addımlar atılır. Həm elektronlaşma, həm xidmətlərin elektron hökumət portalı üzərindən təqdim olunması bir daha, bir daha göstərir ki, Azərbaycanda dövlət qulluqçularının dövlət qulluqçusu statusunun daha da gücləndirilməsi, sosial təminatının genişləndirilməsi əsas hədəflərdəndir. Xüsusən 2026-cı ilin geridə qalan aylarında bu istiqamətdə atılan addımlar məhz hədəflərin, hədəflərin reallaşması istiqamətində real fəaliyyətlərin həyata keçirildiyini bir daha təsdiq edir.
O baxımdan idarəetmə sistemi sistemində şəffaflığın artırılması yalnız xidmətlərə əlçatanlığın gücləndirilməsi baxımından deyil, həm də iqtisadiyyatın və xüsusən də sahibkarlığın inkişafı aspektindən çox vacibdir. Və bu kontekstdən təbii ki, bugun həyata keçirilən siyasətin əsas hədəfləri də məhz iqtisadi inkişafın dayanıqlığının gücləndirilməsi və yeni iqtisadi artım imkanlarının üzə çıxarılması və bununla da davamlı iqtisadi artımın qorunub saxlanmasına nail olunmasıdır.
Müşfiq MİRZƏ
XQ

