Vətəndə məğlubiyyət

post-img

Həftəsonu Azərbaycan Basketbol Liqasında (ABL) XIX tura yekun vu­rulub.

Şəki Olimpiya İdman Komp­leksində keçirilən görüşdə “Olimpik Şəki” komandası doğma divarlar arasında “Zirvə Astara” basketbol­çularını qəbul edib. Oyuna qonaqlar üstün başlayaraq, yekunda 89-73 hesablı qələbəyə seviniblər. Ən məh­suldar basketbolçular: “Olimpik Şəki BK”-dən Larri Robinson - 18 xal, 6 ribaund, “Zirvə Astara BK” koman­dasından isə Zaur Paşayev - 20 xal, 9 ribaund olublar.

Qeyd edək ki, 20-ci turun oyunları 1-5 mart tarixlərində baş tutacaq.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman