Musiqinin haray səsi

post-img

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi təşkil edilib. Tədbirə başlamazdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra dirijor Mustafa Mehmanda­rovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası tərəfindən Xocalı faciəsinin qurbanlarına dərin ehtiram hissi ola­raq instrumental musiqilər səsləndiri­lib.

Anım mərasimində Qara Qaraye­vin “Matəm odası”, Əli Əlizadənin “Se­renata dolore”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Rauf Əli­yevin “Şuşanın dağları başı dumanlı”, “Azadlığa gedən yollar” simfonik poe­ması, Aqşin Əlizadənin 4 nömrəli “Mu­ğamvari” simfoniyası, “Azərilər” Kan­tatasından “Final” adlı musiqi əsərləri dinləyicilərə təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru Gülbacı İmanova hər il ol­duğu kimi bu il də Xocalı faciəsi qur­banlarının əziz xatirəsinin musiqi va­sitəsilə yad edilməsinin əhəmiyyətini qeyd edib. 

 

Fidan HÜQUQQIZI,
Elşən Ağalarov (foto),
“Xalq qəzeti”

Sosial həyat