Karateçilərin uğurları artır

post-img

Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında Birləş­miş Ərəb Əmirliklərinin Fujeira şəhə­rində Karate 1 “Youth League” turni­rinin mükafatçısı olub. Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq nüfuzlu turnirin gümüş medalını qazanıb. 

Xatırladaq ki, 23-26 fevral tarixlə­rində yarışın əvvəlki günləri Amin Yadi­garlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) ikinci pilləni tutub. 

Mövsümün ilk Karate 1 “Youth Le­ague” turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıblar. Mötəbər yarışda 67 ölkədən 1169 id­mançı iştirak edib.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman