Sofiyada bir gümüş, bir bürünc

post-img

Bolqarıstanın paytaxtı Sofiya­da keçirilən boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb. Azər­baycan Boks Federasiyasının mə­lumatına görə, 40-dək ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qa­tıldığı yarışda milli komandanız 2 medal qazanıb.

Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş me­dalla kifayətlənib.

Digər boksçumuz Məhəmməd Ab­dullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman