Xocalıya həsr olunmuş turnir

post-img

Azərbaycan Şahmat Federasiya­sının Uşaq və Gənclər Komissiyası Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunan rapid turniri təşkil edib. 

Federasiyanın mətbuat xidmətindən aldığımız məlumata görə, Ayan Allah­verdiyevanın hakimliyi ilə keçirilən ya­rışda 7 turdan sonra 4 şahmatçı 5,5 xal toplayıb. 

Əlavə göstəricilərə görə rəqibləri qabaqlayan Xəzər Babazadə turnirin qalibi olub. Məhəmməd Muradlı ikin­ci, Murad İbrahimli üçüncü yeri tutub. Vüqar Manafov yarışı dördüncü yerdə başa vurub.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman