Bu günə olan hava proqnozu

post-img

Fevralın 28-də

Bakıda və Abşeron yarımadasında də­yişkən buludlu olacaq. Əsasən yağmursuz keçə­cək. Bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək. Gecə 4-6°, gündüz 8-13° isti ola­caq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu , nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sə­dərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, dağlıq ərazilərdə 7° şaxta, gündüz 11-16° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayon­larında əsasən yağmursuz keçəcək. Bəzi yer­lərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq. Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5° isti, yük­sək dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacaq. Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Fü­zuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7°, gündüz 15-20° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonla­rında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-6°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək, gündüz 10-15° isti olacaq. Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmur­suz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3-7°, gündüz 16-21° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, As­tara rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-8°, gündüz 13-18°, dağlarda gecə 5-8°, gündüz 13-18° isti olacaq. 

 

Ekologiya