Şərqşünas alimin Xocalı soyqırımı haqqında məqaləsi 5 dildə dərc olunub

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Xocalı soyqırımı: Bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi adlı məqaləsi” dünya ölkələrinin KİV-lərində türk, ərəb, rus, ingilis və fars dillərində yayımlanıb.

Şərqşünas alimin məqaləsi Türkiyədə trt.net.tr, trthaber.com, turkelimedya.com, sonstargazetesi.com, turknewsgazetesi.com, turkishnews.com/tr, kafkassam.com, kiriminsesigazetesi.com, İsveçdə tribun.one, aznews.tv və azglobal.org, Niderlandda justiceforkhojaly.nl, ABŞ-da balatarin.com, qitafnews.net,  Qazaxıstanda abai.kz, Özbəkistanda tnews.uz,  İraqda enkidopres.com, jedar1.com.iq, wrkaanews.com, ashourland.net, mustaqbl.net, Misirdə alan-eg.com, alharir.info, İordaniyada nayrouz.com, Livanda alshiraa.com, körfəz ölkələrində yayımlanan nabd.com saytlarında, eləcə də İranda Xudafərin dəgisində dərc olunub.

Məqalədə şərqşünas alim çar Rusiyasının və digər dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilərin ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirmələrini, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstərmələrini qeyd edir və müasir dövrümüzün ən qanlı cinayətlərindən olan Xocalı soyqırımından ətraflı bəhs edir. Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində həyata keçirilən qanlı cinayət zamanı baş verənləri və onun acı nəticələri barədə faktları diqqətə çatdırır. 

Məqalədə 1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquqi məsuliyyət baxımından təsbit etməsi, 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması haqqında qərarın verilməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyəti barədə məlumat verilir. Bundan başqa faciəni parlament səviyyəsində qətliam kimi  tanıyan ölkələr və beynəlxalq təşkilatlar, dünya KİV-lərində verilən yazılar barədə məlumatlar diqqətə çatdırılır. 

S.Talıblı xarici mətbuatda, elm və təhsil mərkəzlərində Xocalı soyqırımı ilə bağlı çıxışlar etməyə, müxtəlif dillərdə məqalələr dərc etdirməyə, dünyanın aparıcı universitetləri, elmi-tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib, Xocalı soyqırımı, Azərbaycan həqiqətləri barədə birgə kitab və məqalələr yazmağa, haqq səsimizi dünyaya çatdırmaqla fəaliyyətimizi daha da genişləndirməyə çağırır.









Elm