“Sabah” klubu seriyada önə keçib

post-img

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının üçünçü oyunu baş tutub. Xalaxal prinsipi ilə davam edən oyunun yekununda “Sabah” komandası 93-90 hesabı ilə “Gəncə” basketbolçularına qalib gəlib. Bu qələbə ilə “Sabah” seriyadakı hesabda (2-1) önə keçib. Final seriyasının dördüncü oyunu sabah saat 19:30-da baş tutacaq. 

Qeyd edək ki, ən məhsuldar basketbolçular “Sabah BK”-dan  Kalin Kreyn  (19 xal, 5 ribaund), “Gəncə BK”-dan  Cordan Endryus (24 xal, 5 ribaund ) olublar.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman