3x3 Dünya basketbolunun Bakı mərhələsi

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində yarışa qatılacaq 16 komanda dəqiqləşib.

Turnirdə Azərbaycan, Niderland, Çin, Tailand, Avstriya, Filippin, Latviya, Rumıniya, Qazaxıstan, Madaqaskar, Çili, Misir, İtaliya milliləri və “Roma” (İtaliya), “Praqa” (Çexiya), “Takasaki” (Yaponiya) klubları iştirak edəcək.

Qeyd edək ki, yarış mayın 26-27-də “Sea Breeze”də təşkil olunacaq. Mayın 24-25-də dünya çempionatının seçmə mərhələ oyunları da eyni məkanda keçiriləcək.

L.AZAD
XQ

 

İdman