Amerikalı kardinal Robert Prevo Roma Katolik Kilsəsinin yeni rəhbəri olub.
Robert Prevo tarixdə ABŞ-dan olan ilk pontifikdir. O, Sikstin kapellasında mayın 7-də axşam başlayan və mayın 8-də başa çatan konklavda seçilib.
Kardinal Protodeakon Domeniko Mamberti Müqəddəs Pyotr Bazilikasının fasadının eyvanından "Bizim Papamız var, Zati-aliləri Robert Francis Prevost, XIV Leo". Vatikan xəbərlərinin yayımına görə, XIV Leo dindarlara ilk müraciətini sülh haqqında sözlərlə başlayıb.
Robert Prevonun 69 yaşı var. Çikaqoda anadan olub. Təhsilinə Avqustin kursları ilə başlayıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub. O, uzun müddət Cənubi Amerikada missioner olub. Bu yaxınlarda yepiskopların təyin edilməsi üzrə Vatikanın ofisinin rəhbəri vəzifəsini icra edib. O, əvvəlki Papa Fransiskin islahatlarının tərəfdarı hesab olunur.
ABŞ prezidenti Donald Tramp Papa XIV Leo-nu seçilməsi münasibətilə təbrik edib.
"Kardinal Robert Frensis Prevonu təbrik edirəm. Onun Roma Papası olan ilk amerikalı olduğunu bilmək mənim üçün şərəfdir. Ölkəmiz üçün nə qədər həyəcanlı və şərəflidir. Mən XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. "Bu, çox vacib an olacaq", - ABŞ prezidenti yazıb.
S.ELAY
XQ