Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Prezident Kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik” adlı kitabının müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Prezident Kitabxanasının direktoru Afət Abbasova çıxış edərək Qərbi Azərbaycan məsələsinin dövlət siyasətində mühüm yer tutduğunu və təqdim olunan monoqrafiyanın elmi baxımdan əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən alim və millət vəkilləri kitabın Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması, deportasiya və repressiya proseslərinin elmi əsaslarla öyrənilməsi, eləcə də milli yaddaşın qorunması baxımından vacibliyini qeyd ediblər.
Müəllif Leyla Cəlalova isə tədqiqatın hazırlanma prosesi barədə məlumat verib və tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Sonda kitabın gələcək elmi araşdırmalar üçün mühüm mənbə olduğu qeyd olunub və müəllifə uğurlar arzulanıb.

