Azərbaycan cüdosu ilk “5-lik”də

post-img

Azərbaycan Dünya Cüdo Turunun ümumi sıralamasında beşinci yerə yüksəlib.

Seriyaya reytinq yarışları, “Böyük Dəbilqə” və Qran-Pri turnirləri daxildir. Düşənbədəki “Böyük Dəbilqə”də qazandığı iki qızıl və iki gümüş medal sayəsində cüdo komandamız ilk 5-liyə yüksəlib. İlin əvvəlindən cüdoçularımız 4 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıblar. Yalnız bürünc medalların sayının az olmasına görə dördüncü yerdəki Gürcüstandan geri qalırıq.

Yaponiya ümumi siyahıda liderdir (20-15-18), 2-ci yerdə Fransa (9-8-19), 3-cü yerdə isə IJF bayrağı altında çıxış edən idmançılar (9-8-11) qərarlaşıblar. 

L.QURBANOVA
XQ

 

İdman