Qarabag İqtisadi Regionunda təlimlərə start verildi

post-img

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  tərəfindən maliyyələşdirilən “Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində təlimlərin icrasına başlayıb. Təlimlər Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyir. 

Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi inkişafı dövlətimiz və milli maraqlarımız üçün ən önəmli məsələlərdən birinə çevrilmişdir. Bu prosesdə kiçik və orta sahibkarların iştirak etməsi çox əhəmiyyətlidir.

Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasında və sahibkarlığa başlama prosesində onlara dəstək olunmasıdır. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.

Belə ki, iyulun 16-da layihə çərçivəsində, Qarabağ iqtisadi rayonunun Laçın şəhərində məskunlaşan gənclər və qadınlar üçün təlimlərə start verildi. Tədbiri giriş sözü ilə açan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin rəhbəri İlqar Hüseynli iştirakçıları salamladı, torpaqlarımızın azadlığı uğrunda Şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edildi. Daha sonra  təşkilatın eksperti İqtisad üzrə fəlsəfə doktoru İlham Hüseynli geniş təqdimatla çıxış etdi. Təlim iştirakçıları ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu  kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar əldə etdilər. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlandırıldılar.

Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim edildi. Gənc sahibkar Gursel Abbas əldə etdiyi biznes uğurları və ona çatmağın yolları barədə məruzə ilə çıxış etdi.

Qeyd edək ki, layihə işğaldan azad olunmuş  Zəngilan (Agalı kəndi), Füzuli,  Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində davam edəcək.

XQ

 







Sosial həyat