Avropa Komissiyasının (AK) ikinci müddətə seçilmək istəyən rəhbəri Ursula Fon der Leyen siyasi proqramında Avropa İttifaqını (Aİ) müdafiə yönümlü təşkilata çevirəcəyini vəd edib. Bu, onun planından irəli gəlir. Bununla bağlı o, iyulun 18-də Avropa Parlamentinin iclasında çıxış edib.
Məlumatı “İzvestiya.ru” yayıb.
Fon der Lyayenin daha beş il müddətinə yenidən seçilməsi üçün səsvermə də bu gün Avropa Parlamentinin Strasburqdakı plenar iclasında keçirilməlidir.
Onun siyasi proqramında deyilir: “Növbəti beş il ərzində işimiz əsl Avropa müdafiə ittifaqının qurulmasına yönəldiləcək”.
P.ƏMİRCANOV
XQ