Mağazalardan posterminal və pul, ofisdən mobil telefon oğurlanıb

post-img

Nəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluq olub. Polisə müraciət edən şəxs oradan posterminal aparatı və 3000 manat dəyərində mobil telefonun oğurlandığını bildirib. Məlumatı Dİn mətbuat xidməti verib. 

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsində mağazaların birindən 400 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.

Yasamal rayonunda isə ofislərin birindən mobil telefon oğurlanıb. Bunda şübhəli bilinən bir qadın, bir nəfərin isə mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.İsmayılov 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat