Qırğızıstan prezidenti Özbəkistanda səfərdədir

post-img

Qırğızıstan Prezidenti Sadır Japarov və xanımı iyulun 18-də Özbəkistana dövlət səfərinə gəliblər. Onları Daşkənd beynəlxalq hava limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı qarşılayıblar. Məlumatı “Anadolu verib. ”

Hörmətli qonağın şərəfinə hər iki ölkənin dövlət bayraqları qaldırılıb, fəxri qarovul dəstəsi düzülüb. Sonra Qırğızıstan dövlətinin başçısı Özbəkistanın Baş naziri Abdulla Aripovun müşayiəti ilə “Yangi Özbəkistan” parkında olub. Hörmətli qonaq Müstəqillik abidəsinin önünə gül dəstələri qoyub. Komplekslə tanışlıq zamanı qonağa bu ansamblın ideoloji məzmunu və arxitekturası təqdim olunub.

Proqrama uyğun olaraq yüksək səviyyəli danışıqlar aparılacaq, danışıqlar zamanı hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Özbəkistan-Qırğızıstan münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Sammitin yekunu olaraq bir sıra iri birgə əməkdaşlıq layihələrinin icrasına başlanılması və mühüm ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

P.ƏMİRCANOV
XQ

Dünya