Azərbaycan öz müşahidələrini BƏM-ə təqdim edib

post-img

Dünən Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə (Azərbaycan Ermənistana qarşı) Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. “XQ” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

"Ermənistanın İrqi Ayrı-seçkiliyin Bü­tün Formalarının Ləğv Edilməsi üzrə Bey­nəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir", o, paylaşımda qeyd edib.

“Xalq qəzeti”

Siyasət