Azərbaycan heyəti II Afrika Şəhərsalma Forumunda

post-img

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda iştirak edir.

Tədbirin açılış mərasimində çıxışı zamanı komitə sədri Anar Quliyev cari il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün qlobal dialoqun davam etdirilməsi baxımından mühüm platforma olacağı bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

Forum çərçivəsində, həmçinin “Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Nazirlər Sessiyasına qatılan Anar Quliyev “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində Azərbaycan və Somali adından Birgə Bəyannamə ilə çıxış edib.

Səfər çərçivəsində, eyni zamanda, Anar Quliyevlə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax arasında növbəti işgüzar görüş keçirilib və tərəflər Bakı şəhərində keçiriləcək WUF13-ə hazırlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, artıq 16 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirə yüksək beynəlxalq marağın əyani göstəricisidir.

XQ

Son xəbərlər