Sumqayıt Sənaye Parkına 5,6 milyard manat vəsait yatırılıb

post-img

2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib. Satışın 1,1 milyard manatı ixracın payına düşüb. Bu barədə XQ-yə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Hazırda Cənubi Qafqazın ən böyük sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyaların həcmi, təqribən, 6,6 milyard manatdan artıq olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 5,6 milyard manatdan çox investisiya yatırılıb. Ötən müddətdə parkın ərazisində 6 min 97 daimi iş yeri yaradılıb.

XQ

İqtisadiyyat