Hindistan Ermənistana yenə hərbi texnika daşıyır

post-img

Hindistan İran vasitəsilə Ermənistana silah tədarük etməyə davam edir.

“Kırım” xəbər agentliyi xəbər verir ki, Təbrizin Şordərə bölgəsində Ermənistana hərbi texnika daşıyan yük avtomobilləri gö­rüntülənib. 

Sözügedən görüntülərin isə avqustun 18-i Təbriz sakinləri tərəfindən lentə alındı­ğı bildirilir. 

Xatırladaq ki, bir müddət əvvəl Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermə­nistana avtomobil kolonunun hərəkəti qeydə alınıb. Yayılan görüntülərdən aydın mü­şahidə olunub ki, daşınan yükü gizlətmək üçün onun üzərinə göy rəngdə tent atılıb. Lakin aydındır ki, İrandan Ermənistana daşınan yüklər hərbi məqsədlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistanla Hindistan arasında dəyəri milyonlarla dollar təşkil edən hərbi müqavilələr imzalanıb.

Son xəbərlər