Ermənistanın terror təşkilatları dünyanın 22 ölkəsində cinayət törədib

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı paylaşım edib. “XQ” xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün biz erməni terror aktlarının günahsız qurbanlarını yad edir və xa­tirələrini ehtiramla anırıq. Erməni terro­runun qurbanı təkcə Azərbaycan deyil. Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın ter­ror təşkilatları, o cümlədən, ASALA dün­yanın 22 ölkəsində 235-dən çox terror aktı törədib.

Azərbaycana qarşı ərazi iddiala­rından sonra erməni terror təşkilatları 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıb. İctimai avto­busların, metro qatarlarının partladılması da daxil olmaqla mülki azərbaycanlılara qarşı 30-a yaxın irimiqyaslı terror aktı törədilib.

Ermənistanın işğalı zamanı dinc əha­liyə qarşı terror aktları ilə yanaşı, soyqı­rımlar, insanlığa qarşı cinayətlər törədilib. Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı Soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir.

Ermənistan terroru pisləmək əvəzinə terroru tərifləməklə məşğuldur. Bu yaxın­larda İrəvanda “Nemesis” terror əməliy­yatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictima­iyyət tərəfindən qəti şəkildə pislənməlidir.

Terrorizm Qurbanlarının Anılması ilə bağlı Beynəlxalq Gündə beynəlxalq sül­hü və təhlükəsizliyi təhdid edən terrorizm­dən əziyyət çəkən bir ölkə olaraq biz bey­nəlxalq terrorizmlə mübarizə səylərinə daha da töhfə verməyə hazırıq".

Qeyd edək ki, avqustun 21-də BMT-nin Terrorizm Qurbanlarının Xatirə­sini Anma Günüdür.

“Xalq qəzeti”

Siyasət