Müdafiə Nazirliyinin məlumatı

post-img

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qa­nuni erməni silahlı dəstələrinin ordumuzun Şuşa rayonu istiqamə­tində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsə­dilə “Ural” markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.

Bu barədə “XQ”’yə Müdafiə Nazirli­yindən bildirilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

***

Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qa­nuni erməni silahlı dəstələri Azər­baycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri­nin qarşısında uzunmüddətli forti­fikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticə­sində aparılan işlər dərhal dayandırılıb.

***

Müdafiə Nazirliyindən “XQ”-yə verilən məlumata görə, bundan başqa, saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı ya­şayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumu­zun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelə­rini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olu­nan istiqamətlərdə cavab tədbirləri gö­rülüb.

***

“XQ” Müdafiə Nazirliyinə isti­nadən xəbər verir ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələ­rinin GPS peyk naviqasiya sistem­lərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radioma­neələrin tətbiqi yenidən intensivlə­şib. 

“Hava məkanımızdan keçən uçuş­ların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.

Belə ki, avqustun 21-i saat 10:15-dən10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarə­sinə radiomaneələrin tətbiqi nəticəsin­də GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfi­mizdən məlumatlandırılmasına baxma­yaraq bu günədək heç bir tədbir görül­məyib.

Qeyd edirik ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir”, – deyə MN-nin məlu­matında bildirilib.

 

Qəzənfər QASIMOV, 

“Xalq qəzeti”

Son xəbərlər