Qarabağı təhlükəsiz evə necə çevirməli?

post-img

Ermənilərin Qərbdəki lobbi qrupları saxta təbliğata yüz milyonlarla vəsait xərcləyirlər

Amerikanın Jewish Journal nəşri həmyerlimiz Dürdanə Ağayevanın Qarabağ ətrafında cərəyan edən hadisələrə həsr olunmuş məqaləsini dərc edib. Məqalənin Caliber.Az-dan qısa ixtisarla tərcüməsini oxuculularımızın diqqətinə çatdırırıq.

“Xocalı soyqırımının canlı şahidi kimi tez-tez deyirdim ki, həmin gecə yaşadığım dəhşətdən daha pisi yalnız dostlarımın, qohumlarımın və həmyer­lilərimin o faciəli aqibətinin təkzibi ola bilər. Xoşbəxtlikdən bizim vaxtımızda həmin qanlı faciə hamı tərəfindən etiraf olundu, onu inkar edənlər isə qınaq ob­yektidir.

30 illik işğal dövründə etnik təmiz­ləmə aparan və Vətənimin 900 kəndini, 7 şəhərini tamamilə məhv edən, ümu­milikdə, 10 min kvadrat kilometrdən çox ərazisini xarabalığa çevirən Ermənistan Azərbaycanın Qarabağ bölgəsində si­linməz izlər buraxıb. Həmin işğal əra­zilərindən qovulan 1 milyondan artıq azərbaycanlı on illərlə məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Onla­rın doğma şəhər və kəndləri isə işğalçı ermənilər tərəfindən, sözün həqiqi mə­nasında, talan və məhv edildi. 1990-cı illərin əvvəllərindən başlanan erməni hücumları nəticəsində 20 min azərn­baycanlı öldürüldü. Ermənistan dövlə­ti Qarabağa basqın edəndə heç kəsə aman vermədi və heç nəyi salamat qoy­madı”.

Bütün bunları ürəkağrısı ilə qələmə alan müəlif erməni vandallarının Qa­rabağda törətdikləri vəhşiliklərin miq­yasından və hazırda bölgədə aparılan bərpa-quruculuq işlərindən yazır: 

“2020-ci ildə İkinci Qarabağ müha­ribəsi nəticəsində Azərbaycan öz suve­ren ərazisini işğalçılardan təmizlədi və dərhal genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bir zamanlar ölkənin ən abad və gözəl bölgəsi sayılan Qara­bağdakı dağıntıların dərəcəsi sadəcə, insanı heyrətə gətirir. Torpaqlar azad olunandan sonra bugünədək Bakı işğal­çıların məhv etdiyi neçə-neçə şəhər və kəndin bərpasına 7 milyard ABŞ dolla­rına yaxın vəsait qoyub. Məcburi köç­künlərin özlərinin ata-baba yurduna qa­yıtmaq hüququnu təmin etməkdən ötrü bərpa işləri sürətlə həyata keçirilir. 2020-ci ildən sonra mindən çox azərbaycanlı köçkün öz evinə qayıdıb. Proqnozlara görə, 2024-cü ilədək daha 10 min nəfər doğma yurdlarına qayıtmalıdır”.

Ermənistan qoşunlarının 30 il işğal dövründə Qarabağda 1 milyondan çox mina basdırdığını qeyd edən D.Ağa­yeva üç ilə yaxındır ki, Azərbaycanın həmin minaları təkbaşına, heç bir bey­nəlxalq yardım olmadan zərərsizləşdir­məklə məşğul olduğunu diqqətə çatdı­rır:

“Müharibə başa çatandan sonra 300-dən çox azərbaycanlı həmin mi­naların qurbanı olub. Bu vəziyyət azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı üçün ciddi prob­lemə çevrilib. Azərbaycan diqqətini bər­pa prosesinə cəmlədiyi vaxt Ermənistan son iki il yarımda bölgənin çoxdan göz­lədiyi sülhə maneçilik törətməklə məş­ğuldur. Onlar Qarabağı Ermənistanla birləşdirən Laçın yolundan bölgəyə mina, silah-sursat daşımaq, əsgər gətir­mək və digər qanunsuz işləri üçün isti­fadə ediblər. Sülhə və regionda sabitliyə təhdid yaradan bu qeyri-leqal fəaliyyətə son qoymaqdan ötrü Bakı özünün su­veren ərazisində, Ermənistanla şərti sərhədində nəzarət-buraxılış məntəqə­sini yaratmağa məcbur oldu. İyunun 15-də Ermənistan tərəfdən Azərbaycan sərhədçilərinə atəş açılandan və bir hərbçimiz yaralanandan sonra 2 minə yaxın mülki erməni sərbəst şəkildə Er­mənistana gedib-gəlmək üçün məhz bu sərhəd postundan istifadə ediblər. Elə o vaxtdan sərhəd məntəqəsi humani­tar məqsədlər üçün, tibbi yardım üçün açıqdır. 

Ötən ilin dekabrından bu günə­dək Beynəlxalq Qırmızı Xaç Komitəsi 700-dən çox xəstəni məhz Laçın yolu vasitəsilə Ermənistana aparıb. Amma Qarabağ ermənilərinə zəruri yüklərin çatdırılması üçün ən qısa yol Ağdam şəhərindən keçir və Azərbaycanın bu marşrutu təklifi, təəssüf ki, ermənilər tərəfindən rədd edildi, üstəlik, daşın­maya mane olmaqdan ötrü yola beton plitələr düzdülər”. 

D.Ağayeva bölgədəki və sərhəddə­ki son durumu təfsilatı ilə təsvir etdik­dən sonra İrəvanın və Xankəndidəki separatçıların Azərbaycanın ünvanına yalan və böhtan dolu iftiralar yağdır­dığını, “blokada” dezinformasiyasını dövriyyəyə buraxdığını yazır. O, İrəva­nın beynəlxalq hüquqa riayət etmək və Qarabağ ermənilərinə Ağdam yolu ilə yardımın çatdırılmasına şərait yarat­maq əvəzinə, Qərbdəki lobbi qrupları­nın milyonları hesabına satın aldıqları “siyasətçilərin”, “vəkillərin” vasitəsilə KİV-də şantajçı “blokada” kampaniyası apardığını vurğulayır. 

Müəllif məqaləsini nikbin notlarla yekunlaşdırır:

“Mən fəxr edirəm ki, bu qədər prob­lemin içində Vətənim Azərbaycan Qara­bağın, etnik ermənilər də daxil olmaq­la, hamının təhlükəsiz evi olması üçün mümkün olan hər şeyi edir. Qarabağ bölgəsinin gözəlliyinin bərpasının şa­hidi kimi hiss edirəm ki, mənim qızım, eləcə də sonrakı nəsillər əcdadlarımızın Vətənində sülh və əmin-amanlıq içində yaşaya biləcəklər. Ümid edirəm ki, su­verenliyimizi və təhlükəsizliyimizi poz­maq cəhdləri puç olacaq, zorakılığı və müharibəni təbliğ edənlər kursu dəyişib sülhü seçəcək. Bunu reallığa çevirmə­yin məqamı yetişib”.

Təqdim etdi:
İ.HƏSƏNQALA,
“Xalq qəzeti”



Siyasət