“Azərbaycançılığın musiqili təqdimatı”

post-img

“Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyi tərəfindən mərhum bəstəkar Bəhram Nəsibovun azərbaycançılıq ideologiyasını və ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən mahnılarından ibarət “Azərbaycançılığın musiqili təqdimatı” jurnalının təqdimat mərasimi olub.

Qeyd edək ki, eyniadlı la­yihə Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Agent­liyinin yaxından köməkliyi ilə həyata keçirilir. Layihənin rəh­bəri bəstəkarın oğlu, ictimai birliyin sədri Adil Nəsibov bu barədə məlumat verərək de­yib: “Bəstəkar Bəhram Nəsibo­vun şeir, mahnı, marşlarından ibarət topluya mətnlər, not ya­zıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkilən şəkillər, eləcə də mövzular haqqın­da məlumatlar və fotoşəkillər daxil edilib. Jurnal gələcəkdə dərslik vəsaiti kimi də istifadə edilə bilər. Topluda Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqı­nın rəyləri də öz əksini tapıb. Jurnaldakı məlumatları və fotoları təqdim etdiyinə görə Yeni Azərbaycan Partiyasına, ulu öndər Heydər Əliyevin afo­rizmlərini təqdim etdiyinə görə isə Azərbaycan Respublikası­nın Prezident Kitabxanasına təşəkkür edirik” 

Jurnala daxil edilən mah­nıların not yazılarını sənətşü­naslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli köçü­rüb. Rəsmlər rəssam Asəf Kə­rimova məxsusdur. 

Təqdimatda çıxışlar olub, iştirakçılara jurnallar paylanılıb və ümummilli liderə həsr olu­nan musiqilər səsləndirilib.

“Xalq qəzeti”

Sosial həyat