Hərbi hissədə Ümummilli liderin 100 illik yubileyi

post-img

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Hərbi Prokurorluq “N” saylı hərbi hissədə Müdafiə Nazirliyi ilə birgə tədbir keçirib.

Hərbi prokurorluğun mətbuat xidməti­nin rəhbəri Firad Əliyev, ədliyyə polkovni­ki Fərid Şükürov və ədliyyə müşaviri Sa­mir Əzimzadə, polkovnik Təbriz Mirzəyev, polkovnik-leytenant Aqil İsmayılov, həm­çinin “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, qazi Rey Kərimoğlu və digər şəxslər ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətin­dən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xid­mətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Tədbirdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məz­munlu çıxışlar olunub, onları maraqlan­dıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə ma­raqlanılıb.

“Xalq qəzeti”

Sosial həyat