Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti verib.
Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
P.Əmircanov
XQ