Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper ilə telefon danışığı aparıb.
Məlumatı “Anadolu” verib.
Diplomatik mənbələrdən verilən məlumata görə, Fidan britaniyalı həmkarını təyinatı münasibətilə təbrik edib.
Həmsöhbətlər ikitərəfli səfərlərin cədvəlini, eləcə də ticarət, müdafiə və terrorizmlə mübarizə ilə bağlı məsələləri müzakirə ediblər.
Bundan əlavə, tərəflər Rusiya və Ukrayna arasında sülhün bərqərar olunması istiqamətində atılan addımlar, eləcə də Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
P.Əmircanov
XQ